Lavrovun gəlişi nəyi dəyişəcək? - GÖZLƏNTİLƏR
Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-ü Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Politoloq Zaur Məmmədovun sözlərinə görə, səfər olduqca vacibdir.
"Həm Azərbaycanın, həm də Rusiyanın bir-birinə deyəcək kifayət qədər sözləri var. Ukraynada olan müharibə Azərbaycanı Rusiya üçün daha da vacib edib. Lavrov Azərbaycan vasitəsilə müxtəlif iqtisadi məsələləri müzkirə edə bilər.Görüşdə Laçın dəhlizi də müzakirə oluna bilər. Bununla yanaşı,Azərbaycan və Ermənistan arasında yeni avtomobil və dəmir yolunun müzkirəsi gözlənilir",- Məmmədov söyləyib.
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Lavrovun gəlmə səbəbi hesabatı tamamlamaqdır.
"Düşürürəm ki, Laçın ərazisində açılacaq yeni yol məsələsi, Ukrayna, sülhməramlı məsələləri müzakirə olunacaq. Lavrovun bu günə qədər heç bir səfərindən xeyir görməmişik. Lavrov yaxşı olardı ki, Azərbaycanı maraqlandıran bir çox suallara aydınlıq gətirsin. İndiyə qədər sülhməramlılar Azərbaycan üçün heç bir iş görməyib. Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindədir. Rusiya Azərbayca münasibətdə həmişə qeyri-səmimi olub. Kimin nə deməyindən asılı olmayaraq, Rusiya bizim dostumuz deyil. Lavrov gəlməsəydi daha məqsədəuyğun olardı. Rusiyanın vəziyyəti get gedə pisləşir. Hazırkı iqtisadi durumları üçün Azərbaycana münasibətləri daha da yaxınlaşdırmaq istəyirlər"-, Cəfərov əlavə edib.
Lavrovun Azərbaycana səfəretmə gündəliyində Rusiya və Azərbaycan Prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq.
Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılır.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox