Əfqanıstandakı zəlzələdə ölənlərin sayı açıqlanıb
Əfqanıstanda baş vermiş 6,1 bal gücündə zəlzələ nəticəsində azı 1500 nəfər ölüb. Bu barədə "Aljazeera” telekanalı məlumat yayıb.
Azı 2000 nəfər isə yaralanıb. Qurbanların sayını artacağı bildirilib.
Amerikalı seysmoloqların məlumatına görə, zəlzələ təxminən 51 kilometr dərinlikdə, episentri isə Əfqanıstanın cənub-şərqindəki Xost şəhərindən təxminən 44 kilometr aralıda olub.
Zəlzələ cəmi bir neçə dəqiqə davam etsə də, onun vurduğu ziyan böyükdür. Bir neçə kənd tamamilə dağıdılıb, dağıntılar altında hələ də insanlar qalır. Təbii fəlakət bir neçə əyalətə təsir edib. Zərərlərin çoxu Paktika, Nangarhar və Xostdadır.
Yeraltı təkanlar gecə gec saatlarda, yerli vaxtla təxminən 01:30-da insanların əksəriyyətinin yuxuda olduğu vaxtda başlayıb. Yeraltı təkanlar o qədər güclü olub ki, episentrdən 500 kilometr aralıda hiss olunub.
Xilasetmə əməliyyatı davam etdirilir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox