• $
  • £

Putinin məşhurluğu azalıb - 90% insan onun siyasətini rədd edir

Putinin məşhurluğu azalıb - 90% insan onun siyasətini rədd edir
23.06.2022 15:45
Polşadan Avstraliyaya qədər 18 ölkədə keçirilən sosioloji sorğuda respondentlərin 90%-i Vladimir Putinin siyasətini qəti rədd edir. Bu barədə "Pew Research” tədqiqat mərkəzi məlumat yayıb. 

Bu, sorğunun keçirildiyi 20 il ərzində Putinin reytinqinin ən aşağı səviyyəsidir. Sorğu Rusiyada keçirilməyib. 

Amerika Birləşmiş Ştatlarında Putini 6% pozitiv, 77% isə neqativ qiymətləndirir. Almaniyada isə 85% neqativ yöndə səs verib. 

Putindən savayı Rusiyanın ümumi reytinqi də aşağı düşüb. Antirusiya əhvalı Polşada daha genişdir.  İştirakçıların 97 faizi Rusiyaya mənfi yanaşır. İtaliyada  Rusiyaya etimad 2020-ci ildəki 48 %-dən 14 %-ə düşüb.

Rusiyaya 50% etibar edən ölkə isə Malaziyadır. Belə ki, bu ölkənin Rusiyaya güvən göstəricisi rusların özündən də çoxdur.

ABŞ Prezidenti Co Baydenə etimad da zəifləyib.

Almaniyada ötən il onun siyasətini respondentlərin 78% dəstəkləyirdi. Bu il isə 64%-ü dəstəkləyib. Amma Baydeni dəstəkləyən avropalılar yenə də çoxluq təşkil edirlər.

İsrail istisna olmaqla bütün ölkələrdə Baydenin reytinqi əvvəlki Prezident Donald Trampın dörd illik reytinqlərindən  yüksəkdir. 

Avropa liderlərindən Fransa Prezidenti Emmanuel Makron 62%, Almaniya kansleri Olaf Şolts 59% reytinqə malikdir.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
11:57
Rusiya və Azərbaycan Aktauda baş vermiş təyyarə qəzası ilə bağlı birgə araşdırma aparacaq
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
16:00
Azərbaycan bayrağı Strasburqda AŞPA-nın qərargahı qarşısında endirilib
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
14:21
Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayəti təmin olunmadı
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
20:04
Şəhidlərin xatirəsinə həsr olunan tamaşa nümayiş olunub
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
11:19
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 15 məsələ var
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
17:17
Rusiya PUA-ları Zaporojye infrastrukturuna zərbələr endirib
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
14:57
Mərkəzi Bankın məqsədi ölkədə makroiqtisadi sabitliyi təmin etməkdir - Kazımov
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
13:01
Azərbaycan Çinin BYD şirkəti ilə müqavilə imzalayıb
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir  - SORĞU
09:54
Rusiyalıların əksəriyyəti Ukrayna müharibəsini dəstəkləyir - SORĞU
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol