Paşinyan sülh danışıqları aparmağa hazırdır - Sergey Lavrov
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı danışıqlar aparmağa hazırdır, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşündə deyib.
"Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, Baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır", - Lavrov cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.
O, həmçinin vurğulayıb ki, rəsmi Moskva sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistan komissiyalarının işi ilə bağlı Bakı və İrəvana məsləhətləşmələr verməyə hazırdır.
"Biz həmçinin digər sazişlərə uyğun olaraq Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın işi üzrə məsləhət xidmətləri göstərməyə hazırıq. Bununla bağlı konkret təkliflər var. Mən onları sizinlə müzakirə etməkdən məmnunam”, - Lavrov bildirib.
Onun sözlərinə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun işində "müəyyən irəliləyiş” var.
"Biz 2020-ci ilin noyabrında üç dövlətin liderləri tərəfindən imzalanmış sənədin həyata keçirilməsini asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə hazırıq. Bizim qiymətləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətində müəyyən irəliləyiş var”, - Lavrov vurğulayıb.
Bu kontekstdə nazir süni maneələrin qarşısını almaq üçün avtomobillərin ən rahat hərəkəti üçün nəqliyyat kommunikasiyaları ilə bağlı məsələlərin Ermənistan tərəfi ilə razılaşdırılmasını zəruri hesab etdiyini deyib.
"Məncə avtomobillərin hərəkəti zamanı süni maneələrin yaradılmaması üçün bu işin təşkili problemini necə həll etmək barədə ümumi fikir formalaşır. Nəticələr əldə olunana qədər Rusiya buna kömək edəcək”, - Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar məsələsində kömək etməyə hazırdır.
Lavrov həmçinin Azərbaycanın və Rusiyanın iştirak etdiyi digər beynəlxalq forumlar – həm BMT, həm ATƏT, həm də "Xəzər beşliyi” çərçivəsində əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu deyib.
"Düz bir həftədən sonra Aşqabadda "Xəzər beşliyi”nin növbəti sammiti keçiriləcək. Biz də buna fəal hazırlaşırıq. Həmkarım və dostum Ceyhun Bayramov ilə liderlərin bəyənməsi üçün təklif edə biləcəyimiz yekunları müzakirə etmişik”, - Lavrov vurğulayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 23-24 Azərbaycanda işgüzar səfərdədir.
Gülnar
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyasət
12:10
İlham Əliyev Avropa Komissiyasının enerji və mənzil siyasəti üzrə komissarını qəbul edib
Siyasət
11:28
Ombudsman artıq ödənilmiş pensiyaların tutulma müddətinin 3 ildən 1 ilə endirilməsini təklif edib
Siyasət
10:06
Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
Siyasət
21:54
Yaponiyanın Azərbaycandakı səfirliyi martın 2-3-də konsulluq xidmətləri göstərməyəcək - Yenilənib