QTDIB Azərbaycana 510 milyon avro kredit vəsaiti ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı indiyə kimi Azərbaycanda özəl sektora 510 milyon avro məbləğində kredit vəsaiti ayrılıb. Bunu maliyyə naziri Samir Şərifov Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTIB) biznes forumda deyib.
Nazir vurğuladı ki, bank yerli maliyyə bazarlarının inkişafinda da iştirak edir.
www.anews.az
Nazir vurğuladı ki, bank yerli maliyyə bazarlarının inkişafinda da iştirak edir.
"2019-cu ildə Bakı Fond Birjasında QDTİB-in korporativ istiqrazları üzrə hərrac keçirilib.
Hərracda cəlb edilən vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulmuşdu. Bununla da QTDTİB Azerbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu oldu",- nazir qeyd edib.
Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.
Ləman Qasımova
www.anews.az
Son xəbərlər
Daha çox 