"Instagram"da yaşı müəyyən edəcək YENİLİK
"Instagram" istifadəçilərin yaşını yoxlamaq üçün üç yeni funksiyanı sınaqdan keçirir. Bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, hazırda Meta şirkəti istifadəçilərin yaşını yoxlamaq üçün şəxsiyyətini təsdiq edən sənədlərin onlayn yükləmək seçimlərindən əlavə video-selfi funksiyasını yoxlayır.
Yoti texnologiyası üz xüsusiyyətlərinə əsasən istifadəçinin yaşını təxmin edəcək.
Digər funksiya insanların istifadəçinin yaşını təsdiqləmək üçün üç qarşılıqlı izləyici seçməsidir və zəmanət verən şəxsin yaşı 18-dən çox olmalıdır. Bu, qeydiyyat zamanı yetkinlik yaşına çatmayan uşaqların sosial şəbəkələrə qoşulmasına, tanımadıqları böyüklər ilə arzuolunmaz əlaqənin yaranmasına mane olacaq və reklamçıların onlarla əlaqə saxlamaq imkanlarını məhdudlaşdıracaq.
Bu il aprelin 1-i tarixinə ölkə üzrə 4 220,7 min nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 41%-ni təşkil edir. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 17,5% və ya 628,7 min nəfər artıb. İstifadəçilərin 58,9%-i kişilər, 41,1%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 515,8 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 899,7 min nəfərlə liderlik edir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox