• $
  • £

Ceyhun Bayramov Macarıstan səfiri ilə görüşdü

Ceyhun Bayramov Macarıstan səfiri ilə görüşdü
24.06.2022 19:37
İyunun 24-də xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyətini yüksək dəyərləndirərək, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirib. 

Nazir, Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli təmaslar daxil olmaqla, ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafını qeyd edib və bu münasibətlərin müxtəlif sahələrdə daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Səfir Viktor Sederkenyi Azərbaycanı ən xoş arzularla tərk etdiyini bildirdi və ölkəmiz ilə bağlı xoş təəssüratlarının daima xatirində olacağını qeyd edib. O, ölkələrimiz arasında sadəcə dostluq və strateji əməkdaşlıq deyil, Türk Dövlətləri Təşkilatında iştirak ilə qardaşlıq münasibətlərinin də olduğunu məmnunluqla bildirib.

Tərəflər, iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar, o cümlədən təhsil, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini səsləndiriblər.

Sonda Nazir Ceyhun Bayramov səfir Viktor Sederkenyiyə bir daha gələcək fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol