• $
  • £

Zakir Həsənov Azərbaycan Ordusundan danışdı -VİDEO

Zakir Həsənov Azərbaycan Ordusundan danışdı -VİDEO
25.06.2022 20:33
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təkmilləşdirilməsi işləri uğurla yerinə yetirilir. Artıq müsbət nəticələr də var, bu fikirləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov "REAL TV”yə müsahibəsində bildirib.

"Bütün dünyanın hərb elmi orduların idarəçiliyi üzərində durur. Bu, çox mühüm bir məsələdir. Son hərbi qarşıdurmalar da göstərir ki, bu məsələyə çox ciddi diqqət yetirmək lazımdır. Biz müharibədən də öncə, bu məsələyə çox ciddi fikir verirdik. Əgər xatırlayırsızsa, mən bu haqda deyirdim.

Müharibədən sonra da bu istiqamətdə gördüyümüz nöqsanları aradan qaldıraraq, artıq Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən istifadə edərək yeni bir sistem qurduq. İdarəetmə sistemi”, - müdafiə naziri vurğulayıb.

Zakir Həsənov sözlərinə əlavə edib ki, ordunun idarəetmə sistemində böyük irəliləyiş var.

"Düzdür, müharibə vaxtı bizim idarəetmə sistemi çox yaxşı işlədi. Ordunu idarə edirdik, qarşılıqlı əlaqəni qururduq. Və bunun döyüşlərə təsiri çox böyük idi. Müsbət haldır ki, ordu tam şəkildə idarə olunurdu və vəzifələri yerinə yetirirdi”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol