• $
  • £

Rusiya 104 il sonra eyni təhlükə ilə üz-üzə qaldı

Rusiya 104 il sonra eyni təhlükə ilə üz-üzə qaldı
27.06.2022 18:00
100 milyon dollara yaxın dövlət istiqrazlarının ödənilməsi üçün Rusiyaya verilən güzəşt müddəti dünən başa çatıb, lakin o sanksiyalar səbəbindən borcları ödəyə bilməyib. Bu barədə Rusiya mətbuatı yazıb.


"Bloomberg” agentliyi isə yazır ki, bu hadisə 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etdiyi vaxtdan sonra qeydə alınan ilk hadisədir. Agentlik yazır ki, bu hadisə Rusiyanın defolt elan etməsilə nəticələnə bilər.

Rusiyanın maliyyə naziri Anton Siluanov isə bildirib ki, Rusiyanın xarici valyutada dövlət borclarını ödəyə bilməməsini defolt adlandırmaq doğru deyil. Nazirlikdən bildirilir ki, Moskva investorların pulunu rublla ödəməyə hazırdır.  

Qeyd olunan 100 milyon dollarlıq borc üzrə faizlərin ödəniş tarixi bu ilin may ayına aiddir. Qarşıdakı aylarda Rusiyanın ödəyəcəyi dövlət borcunun məbləği daha böyük olacaq. Belə ki, iyul ayında Rusiyanın 394, sentyabrda 372, oktyabrda 84, noyabrda 110, dekabr ayında isə 53 milyon dollarlıq borc üzrə faizləri ödəməsi lazımdır.
 
Kreml Rusiyanın xarici borcunu yerinə yetirməməsi ilə bağlı iddialarla razılaşmır. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya rəhbərliyinin mövqeyi hamıya məlumdur.

"Söhbət ondan ibarətdir ki, Qərb Rusiya aktivlərini qeyri-qanuni bloklayıb və bu pullardan hər hansı şəkildə istifadə etmək cəhdləri də qeyri-qanuni olacaq, mahiyyətcə açıq-aşkar oğurluq demək olacaq. Bu defolt iddiaları da tamamilə əsassızdır, çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib. Euroclear-ın bu pulu tutaraq alıcılara çatdırmaması isə artıq bizim problemimiz deyil. Yəni ki, bu halda bu vəziyyəti defolt adlandırmaq üçün heç bir əsas yoxdur”, - o deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol