• $
  • £

Defoltun Rusiyaya təsiri nə olacaq?

Defoltun Rusiyaya təsiri nə olacaq?
27.06.2022 19:30
Rusiya 1918-ci ildən bu günə kimi ilk dəfə suveren valyuta borcunu ödəməkdən imtina edib. Bu, 1918-ci ildə hakimiyyətə gələn bolşeviklərin Rusiya imperiyasının borclarını ödəməkdən imtina etməsindən sonra ölkənin xarici borcuna görə ilk defoltudur.
 
Bir əsrdən sonra qeydə alınan anti-rekord Rusiya iqtisadiyyatına necə təsir edəcək?


İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyanın defoltu texniki xarakter daşıyır. Yəni bu, o demək deyil ki, Rusiyanın borclarını ödəməyə imkanı yoxdur:
 
"Rusiyanın borclarını ödəməyə pulu var. Sadəcə olaraq sanksiyalara görə, ödəniş imkanları və ödəniş istiqamətləri məhdudlaşdırılıb. Buna görə də defolt məsələsi o qədər də ciddi deyil. Yəni demək istərdim ki, defolt Rusiya iqtisadiyyatına fantastik şəkildə təsir göstərəcək faktor deyil. Rusiya tərəfi elan etdi ki, borclarımızı ödəyə bilərik, lakin bizə icazə vermirlər”, - o deyib.
 
Ekspertin fikrincə, defoltun yeganə təsiri kreditlərə çıxışla bağlı ola bilər.


"Texniki olsa da, defolt ölkələrin kreditlərə çıxış imkanını və gələcəkdə bank sektorundan istifadə imkanlarını getdikcə məhdudlaşır. Bu mənada Rusiyanın da xarici bank sisteminə çıxış imkanı məhdudlaşacaq. Təkcə Avropa, Amerika banklarına yox, Asiya banklarına da çıxış imkanı məhdud olacaq”, - ekspert söyləyib.
 
Bundan əlavə, Cəfərli qonşu Rusiyanın ən çox borclu olduğu ölkələrin adını sadalayıb:
 
"Sözün açığı, Rusiya heç vaxt, hətta SSRİ dövründə belə sanksiyalara məruz qalmayıb. İndi Rusiyanın sanksiyalara görə, borcları artıb. Hazırda Rusiyanın əsas borclu olduğu ölkələr Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyadır”, - o vurğulayıb.
 
Mənbə - Modern.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Dünya 21:42
Aİ və NATO ABŞ-sız mövcud ola bilməz - NATO-nun Baş katibi
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Dünya 17:31
Tramp Ukraynaya kömək etmək istəmir və NATO-da görmür – The Washington Post
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
Dünya 22:00
Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəlib - Yenilənib
AZAL-ın göyərtəsində aparılan danışıqlar
Dünya 15:11
AZAL-ın göyərtəsində aparılan danışıqlar "qara qutu"dakı ilə eyni deyil - Qazaxıstan
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Dünya 11:13
Türkiyədə hoteldə baş verən yanğında 36-ı uşaq ölüb
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Dünya 20:51
Türkiyədəki yanğında ölənlərin sayı 79-a çatıb - Video - Yenilənib
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Dünya 17:53
Bu ölkədə qanun qızların 9 yaşında ərə getməsinə imkan verəcək
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Dünya 09:02
Tramp Putinlə istənilən vaxt görüşməyə hazır olduğunu deyib
Türkiyədə matəm elan olunub
Dünya 20:02
Türkiyədə matəm elan olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol