Öldürdüyü insanların ətini yeyən şəxsə sənədli film çəkilir
Meksikada insan əti yediyi üçün həbs edilən qatil Andres Filomeno Mendoza Celis haqqında sənədli film çəkilir. Bu barədə Türkiyənin "Sözçü" qəzeti məlumat yayıb.
"Canibal, Indignacion Total" adlı sənədli film ölkədə genderlə bağlı zorakılıq və qadın cinayətləri haqqında məlumatı artırmaq məqsədi daşıyır. Filmin süjet xətti Meksika Ali Məhkəməsinin həbs etdiyi Andres Filomeno Mendoza Celisin həyatı və əməllərindən ibarət olacaq.
Meksikanın Atizapan şəhərində 2021-ci il mayın 18-də tutulan və daha çox qadınları hədəf alan 73 yaşlı silsilə qatil Andres Filomeno Mendoza Çelisin evindən 4600 insan sümüyü tapılıb.Sümüklərin 17 qadın, 1 yetkin kişi və 1 uşağa aid olduğu aşkar edilsə də, səlahiyyətlilər qatilin 40 yaşdan yuxarı ən azı 30 qadını öldürdüyündən şübhələnir.
Bu günə qədər silsilə qatilin evində aparılan istintaqda şübhəlinin törətdiyi güman edilən 20 qətlin səs yazıları, o cümlədən qurbanlara məxsus sümüklər, qadın geyimləri, qadınların şəxsiyyət vəsiqələri, baş dərisi, kəllə sümüyü tapılıb.
İxtisasca qəssab olan və həbs edildikdən sonra aparıldığı məhkəmədə qurbanlarını yediyini etiraf edən qatil öldürdüyü şəxslərin ətini qonşulara da verib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox