• $
  • £

Azərbaycan və Qırğızıstan arasında yeni şura yaradılır

Azərbaycan və Qırğızıstan arasında yeni şura yaradılır
28.06.2022 19:00
Azərbaycan və Qırğız Respublikaları arasında dövlət başçıları səviyyəsində Dövlətlərarası Şura təsis ediləcək.
 
Bu, Milli Məclisin plenar iclasında müzakirə edilən "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında” Memorandumun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
 
Parlament Memoranduma əlavə olunan "Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurası haqqında Əsasnamə”ni də təsdiq edəcək. Əsasnaməyə əsasən, Dövlətlərarası Şuraya dövlət Başçıları rəhbərlik edəcək. Şuranın tərkibinə hökumətlərin başçıları daxildirlər. Şuranın iclaslarında Azərbaycan və Qırğız Respublikalarının hökumətlərinin üzvləri, həmçinin dəvət olunan şəxslər (razılaşdırmaqla) iştirak edə bilərlər. Dövlətlərarası Şura zəruri olduğu təqdirdə daimi və müvəqqəti əsasda İşçi Qruplar yarada bilər. Dövlətlərarası Şuranın sədri dövlət başçıları başqa cür qərar qəbul etmədiyi təqdirdə ərazisində növbəti iclasın keçirildiyi dövlətin başçısıdır. Şura öz iclaslarını ildə bir dəfədən az olmayaraq növbəli əsasda tərəflərin hər birinin ərazisində keçirir. Dövlət başçılarının tapşırığına əsasən, Şuranın iclasları tərəflərin hökumət başçılarının sədrliyi ilə də keçirilə bilər. Təxirəsalınmaz məsələlərin həlli üçün tərəflərin hər birinin təşəbbüsü ilə Şuranın növbədənkənar iclasları çağırıla bilər. Şura aşağıdakı funksiyaları həyata keçirir:
 
- Azərbaycan və Qırğız respublikaları arasında münasibətlərin inkişafının ən mühüm pinsipial məsələlərinə baxır;
 
- Münasibətlərin inkişaf strategiyasını, əsas istiqamətlərini və perspektivlərini müəyyən edir və əldə olunmuş razılaşmaların həyata keçirilməsinə yönələn qərarlar qəbul edir.
 
Şuranın fəaliyyətinin əlaqələndirilməsi tərəflərin xarici işlər nazirliklərinə həvalə olunur.
 
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol