• $ 1.7
  • € 1.9819
  • ₽ 0.021453
  • ₺ 0.0418
  • £ 2.284

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi
28.06.2022 14:11
Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün  - "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti son bir ildə 1 milyard dollar azalıb. 

Bu barədə məlumatı məşhur "forbes.com” portalı açıqlayıb.

 Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan "Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Mixail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan "Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir. 

"Forbes”in 2021-ci ildə (may) açıqladığı məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 3,2 milyard dollar sərvəti olub. Ötən ilki siyahıda Lomtadze Qazaxıstanın ən varlı şəxsləri arasında 12-ci sırada yer alıb.

"Forbes”in bugünə olan məlumatında isə göstərilir ki, Lomtadzenin sərvəti 2,2 milyard dollar təşkil edir. Mətbuatın yazdığına görə Mixail Lomtadze "Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb.

Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan "turbo.az”, "tap.az”, "boss.az” və "bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin, bu saytların bağlı olduğu "DİGİTAL CLASSİFİEDS" MMC (VÖEN-1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Makronla sülh sazişi və regional əməkdaşlıq müzakirə edib
Dünya 15:49
Paşinyan Makronla sülh sazişi və regional əməkdaşlıq müzakirə edib
“Qanlı ərazi işğalı” yoxsa həqiqi sülh?
Dünya 11:51
“Qanlı ərazi işğalı” yoxsa həqiqi sülh?
Avstraliya sentyabrda Fələstini tanıyacaq – Baş nazir
Dünya 10:14
Avstraliya sentyabrda Fələstini tanıyacaq – Baş nazir
Şimal-Baltik liderləri Ukraynada Trampın sülh təşəbbüsünü dəstəkləyib
Dünya 09:19
Şimal-Baltik liderləri Ukraynada Trampın sülh təşəbbüsünü dəstəkləyib
ABŞ hərbi təyyarələri Yerevana enib
Dünya 09:14
ABŞ hərbi təyyarələri Yerevana enib
Türkiyədə güclü zəlzələ qeydə alınıb - Video - Yenilənib
Dünya 23:30
Türkiyədə güclü zəlzələ qeydə alınıb - Video - Yenilənib
ABŞ-ın iki hərbi təyyarəsi İrəvana eniş edib
Dünya 23:03
ABŞ-ın iki hərbi təyyarəsi İrəvana eniş edib
Sərhədlər qorunsa, Tehran Zəngəzur dəhlizinin əleyhinə deyil - Pezeşkian
Dünya 22:49
Sərhədlər qorunsa, Tehran Zəngəzur dəhlizinin əleyhinə deyil - Pezeşkian
İraqda 600-dən çox zəvvar xəstəxanaya yerləşdirilib
Dünya 18:30
İraqda 600-dən çox zəvvar xəstəxanaya yerləşdirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol