Kremençuqda raket hücumunda deputat ağır yaralandı
Kremençuq Şəhər Şurasının deputatı Gennadi İvanyan Rusiyanın Amstor ticarət mərkəzinə raket hücumu nəticəsində yaralanıb. Bu barədə UNİAN- xəbər agentliyi məlumat yayıb.
Raket hücumu zamanı Gennadi İvanyan ticarət mərkəzində olub. O, Amstor raket hücumundan sonra vəziyyəti ağır olan səkkiz nəfərdən biridir.
İyunun 27-də Poltava vilayətinin Kremençuk şəhərinə raket zərbəsi endirib. Raketlərdən biri ticarət və əyləncə mərkəzinə düşüb.Daha əvvəl 18 nəfərin öldüyü, 59 nəfərin yaralandığı bildirilib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox