Rusiya öz vətəndaşlarını Estoniyaya səfərdən çəkinməyə çağırır
Rusiya öz vətəndaşlarına "Tallin düşmənçiliyi” səbəbindən səyahətdən çəkinməyi tövsiyə edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Estoniyanın Rusiyaya və onun vətəndaşlarına qarşı açıq düşmən münasibəti ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşlarına Estoniya Respublikasına səfərdən çəkinməyi tövsiyə edir”, - bildirilir.
Xarici İşlər Nazirliyi iyulun 10-da Estoniyanın fiziki şəxslərin Rusiyadan bir sıra malların idxalı və ixracına qadağa tətbiq etməsini xatırladıb və "qoyduğu məhdudiyyətlərin əsl məqsədinin adi Rusiya vətəndaşlarına zərbə endirməkdir” fikrini bildirib.
İyulun 10-dan Estoniyada sanksiya tətbiq edilən malların, o cümlədən alkoqollu içkilərin, xüsusən də fiziki şəxslərə şamil edilən uzun siyahısının Rusiyadan idxalına tam qadağa qüvvəyə minəcək.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox