• $ 1.7
  • € 1.9934
  • ₽ 0.020047
  • ₺ 0.0411
  • £ 2.3046

Bu gün Hüseyn Dəryanın doğum günüdür

Bu gün Hüseyn Dəryanın doğum günüdür
29.06.2022 17:41
Bu gün reper Hüseyn Dəryanın doğum günüdür.  
 
Hüseyn Dərya 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. Ailələri 7 nəfərdən ibarət olub. SSRİ dövründə atası dövlət nəzdində olan tikinti idarəsində baş aqronom, anası isə yaşıllıq idarəsində briqadir vəzifəsində çalışıb. Nərimanovda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdur. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.


Yeniyetmə yaşlarından rep yazmağa və bədahətən söyləməyə başlamışdır. İlk dəfə meyxana və muğamla repi sintez edib. Əsas karyerası 2000-ci ildən başlayıb. 2000-ci illərin əvvəllərindən ifa etdiyi bir neçə mahnı dillər əzbərinə çevrilib. Daha çox "Kef elə" mahnısı ilə məşhurlaşıb və bunun sayəsində böyük fanat ordusu yarandı.
 
"Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirmiş, və ondan sonra nominasiyanı MDB-də heç bir reperə verməmişlər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını alıb. İlk dəfə Üzeyir Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülüb.
 
Efirdə açıq-aşkar etiraf edib ki, narkotik istifadə edib. Həbs olunduğu gündən istifadə etmək imkanı olmadığından 2008-ci ildə sonra narkotikdən istifadə etməyib. Son dəfə son "Can vətənim" mahnısına klip çəkdirib. İslam dinini yüksək qiymətləndirən mərhum sənətçi Kərbəla ziyarətində də olub. "Olum ya ölüm” adlı klipində də bu nüanslara toxunub.
 
2014-cü il martın 14-də gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən KamAZ markalı maşına çırpılıb. Nəticədə ağır xəsarətlər alan Hüseyn Dərya 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Lakin martın 15-də səhər saatlarında dünyasını dəyişib.

Repçi ilə vida mərasimi Yasamalda Hüseyn Dəryanın bacısının evində keçirilib. Vida mərasiminə Hüseyn Dəryanın yaxınları, ailə üzvləri ilə yanaşı, sənət dostları və həmkarları da qatılıblar. Hüseyn Dərya Bakıxanov qəsəbəsindəki qəbristanlıqda dəfn edilib.

Hüseyn Dərya iki dəfə ailə qurub. İlk həyat yoldaşı Sevda Məmmədovadan 2003-cü il təvəlüdlü Ayşə adlı qızı, ikinci həyat yoldaşı Sona Muradovadan isə 2006-cı il təvəllüdlü Cahangir adlı oğlu var. 
 
Aytac Zeynalova
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat şəhid adlarının verilməsi ilə bağlı normaların dəqiqləşdirilməsini təklif edi
Cəmiyyət 12:53
Deputat şəhid adlarının verilməsi ilə bağlı normaların dəqiqləşdirilməsini təklif edi
Ağdama 700-dən çox ailə köçürülüb - Deputat
Cəmiyyət 12:40
Ağdama 700-dən çox ailə köçürülüb - Deputat
Tahir Rzayev: Milli kimliyimizə uyğun olmayan küçə adları dəyişdirilməlidir
Cəmiyyət 12:32
Tahir Rzayev: Milli kimliyimizə uyğun olmayan küçə adları dəyişdirilməlidir
Regional məsələlər komitəsi 2025-ci ildə 9 iclas keçirib, 2 mindən çox müraciətə baxılıb
Cəmiyyət 12:17
Regional məsələlər komitəsi 2025-ci ildə 9 iclas keçirib, 2 mindən çox müraciətə baxılıb
Azərbaycanda altı ali məktəb akkreditasiyadan keçirilib
Cəmiyyət 12:09
Azərbaycanda altı ali məktəb akkreditasiyadan keçirilib
2027-ci ildən XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
Cəmiyyət 12:01
2027-ci ildən XI sinif üzrə buraxılış imtahanlarında yeni test modeli tətbiq ediləcək
Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək
Cəmiyyət 11:59
Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək
Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib
Cəmiyyət 11:32
Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
Cəmiyyət 11:13
Bakının bəzi ərazilərinə yağış yağır -FAKTİKİ HAVA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol