• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Azərbaycana qiyabi magistratura lazımdırmı? - ZİDDİYYƏTLİ FİKİRLƏR

Azərbaycana qiyabi magistratura lazımdırmı? - ZİDDİYYƏTLİ FİKİRLƏR
30.06.2022 23:50
2022-ci il iyunun 29-dan ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) seçim prosesi başlayıb. Lakin ixtisaslar arasında təhsilin qiyabı forması yoxdur.
 
Güllü Ağayeva  (şərti ad, - red) Bakı Dövlət Universitetinin Filalogiya fakültəsinin məzunudur. O tələbə olduğu müddətdən ixtisası üzrə hazırlıq kursunda işləyir və bildirir ki, işindən dolayı magistratura pilləsini qiyabi oxumaq istəsə də, ölkənin təhsil sistemi buna icazə vermir. 
 
"Universitetlər 4 il ərzində yalnız 5-6 ay praktika keçir. Qalan vaxt ərzində  nəzəri biliklərə yiyələnirik. Bakalavrı bitirdikdən sonra imkanı olan şəxslər xaricdə oxuya bilir. Mənim valideynlərim buna icazə vermədiyi üçün Azərbaycanda magistraturaya qəbul olmaq istədim. Lakin maraqlananda gördüm ki, qiyabi təhsil yoxdur. Bu da mənim kimi yüzlərlə tələbəyə çətinlik yaradır. Təkcə 2021-2022-ci tədris ilində BDU-nu ümumilikdə 4 min 964 tələbə bitirir. Həmin tələbələrdən 4 min 120-si bakalavriat pilləsində təhsil alıb. Ölkədə də 52 ali təhsil müəssisəsindən hər il minlərlə tələbə məzun olur. Bu tələbələrin azı 20 %-i qiyabi oxumaq istəyir, amma təhsil sistemi buna icazə vermir. Başda nazirlik ( Təhsil Nazirliyi nəzərdə tutulur, - red) olmaqla, aidiyyatı qurumlardan rica edirik ki, bu problem həll edilsin", - Ağayeva bildirdi. 
 
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda magistratura pilləsi üzrə qiyabi təhsil formasının olmaması işləmək istəyən şəxslər üçün ciddi problemdir
 
"Qiyabi təhsil almaqda daha çox işləyən şəxslər maraqlıdır. Biz bilirik ki, bakalavr pilləsini bitirəndən sonra, gənclər daha çox əmək bazarına daxil olurlar. Düzdür, hal-hazırda MBA ixtisası üzrə 56-cı programda bir sıra ali təhsil müsəssisələrində dərslər axşam saat 7-də başlayır və bu imkan verir ki, həmin şəxslər işləyərək oxusun. Amma bütün günü işdə olan şəxs  ona verilən tapşırıqları yerinə yetirmklə bağlı ciddi problem yaşayacaq. Həmçinin, elmi tətqiqat işi ilə məşğul ola bilməyəcək", - o deyib.
 
Ekspert vurğulayıb ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində magistratura pilləsində 75 proqram üzrə qəbul həyata keçirilir və plan yerlərinin isə sayı 10 minə çatmaqdadır.
 
Bakı Dövlət Universitetinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müəllimi Rəşad Qardaşovun sözlərinə görə, magistraturada dərslərin axşam saatlarının təşkili qiyabi rejimi əvəz edib.
 
"Magistratura pilləsində təhsil almaq istər işləyən, istərsə də işləməyən yaşlı təbəqə və yaxud orta təbəqədən olanlar üçün magistratura pilləsinin axşam saatlarına keçirilməsi daha məqsədəuyğundur. Artıq bir sıra universitetlər bu təcrübədən istifadə edir.  Bütün universitetlərin bu təcrübədən yararlanmasını tövsiyə edirəm", - o deyib.
 
Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmovun fikrincə,  əyani magistratura təhsilinin keyfiyyətini artırmaqla bərabər  distant formalara keçid edilməlidir.
 
"Distantda da keyfiyyətli tədris aparmalıyıq ki, tələbələr müxtəlif bölgələrdən də işindən, peşəsindən ayrılmadan magistratura təhsili ala bilsinlər. Mənim müşahidələrim onu göstərir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qiyabi təhsilin tərəfdarı deyil. Bəlkə yaxın gələcəkdə bəzi universitetlərdə qiyabi təhsilin bərpası mümkün olsun. Məsələn ADA universiteti, Bakı Ali Neft Məltəbi, İqtisad Universiteti və bir neçə universitetdə yaxın gələcəkdə bu mümkün ola bilər. Bunun üçün əvvəlcə hüquqi baza hazırlanmalıdır. Lakin qiyabi təhsil hələ ki, Təhsil Nazirliyinin gündəmində deyil. Qiyabi təhsilin yenidən aktuallaşacağı və ya qiyabi təhsilin yenidən genişləndriləcəyini düşünmürəm”, - o bildirdi.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyevin sözlərinə görə, qiyabi magistraturanın bərpasını parlamentdə gündəmə gətirmək olar. 
 
"Milli Məclisin  payız sessiyasında də "Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi plenar iclasda həyata keçiriləcək. Biz bunu bir neçə dəfə komitə iclaslarında müzakirəsini aparmışıq. Təhsil mütəxəssisləri və təhsil nazirliyinin əməkdaşları arasında bu mövzuda dinləmə də keçirmək olar. Elə ixtisaslar var ki, orda qiyabi təhsili bərpa etmək mümkündür. Məsələn, iqtisadiyyat, kənd təsərrüfatı ixtisasları üzrə  magistratura pilləsində qiyabi formanı tətbiq etmək olar. Əslində bu sovet dövrünün qiyabi təhsilindən fərqlənməlidir. Sovet dövrünün qiyabi təhsilində informasiya komnukasiya texnologiyaları çox məhdud idi.  İndi isə bunlar çox inkişaf edib”, - millət vəkili deyib. 

İsmayıl Bakuvi

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bəzi rayonlar qazsız qalacaq
Cəmiyyət 09:00
Bəzi rayonlar qazsız qalacaq
Bəzi dərmanların qəbulu günü kofe içmək olmaz - Həkim məsləhəti
Cəmiyyət 08:12
Bəzi dərmanların qəbulu günü kofe içmək olmaz - Həkim məsləhəti
ÜST üzvləri pandemiyalara qarşı qlobal saziş imzalayıb
Cəmiyyət 07:56
ÜST üzvləri pandemiyalara qarşı qlobal saziş imzalayıb
Bakıda iki sərnişin avtobusu toqquşub: xəsarət alanlar var
Cəmiyyət 23:35
Bakıda iki sərnişin avtobusu toqquşub: xəsarət alanlar var
Məhkəmədə Ermənistanın etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub
Cəmiyyət 21:33
Məhkəmədə Ermənistanın etnik təmizləmə siyasətini ifşa edən videomateriallar nümayiş olunub
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 20:15
Sabah bu ərazilərdə qaz olmayacaq
Salyanda güclü külək ağacı avtomobilin üstünə aşırıb
Cəmiyyət 20:10
Salyanda güclü külək ağacı avtomobilin üstünə aşırıb
Xırdalanda yaşayış binasında yanğın olub
Cəmiyyət 20:00
Xırdalanda yaşayış binasında yanğın olub
Baş prokuror üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib
Cəmiyyət 19:51
Baş prokuror üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol