Salyanda güclü külək ağacı avtomobilin üstünə aşırıb

Salyanda güclü külək nəticəsində irigövdəli ağac kökündən çıxaraq avtomobilin üstünə aşıb.
“Report”un məlumatına görə, hadisə şəhərin M.Ə.Rəsulzadə küçəsində baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub, ağac budanaraq ərazidən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























