• $
  • £

Avropa çempionatı davam edir - Azərbaycanın güləşçisi çempion olub

Avropa çempionatı davam edir - Azərbaycanın güləşçisi çempion olub
30.06.2022 22:59
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.

Qitə birinciliyinə qadın güləşi üzrə mübarizəyə start verilib.

Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Azərbaycan təmsilçisi bu qələbələrin hamısını "tuşe" ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər bürünc medal uğrunda isveçrəli Svenya Yunqoyla güləşib. Rəqibinə 16:11 hesabıyla qalib gələn Azərbaycan güləşçisi Avropa üçüncüsü olub.

Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb - 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri "tuşe" ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir olub. Türkiyə güləşçisi üzərində 10:1 hesablı qələbə qazanan Elnurə Məmmədova Avropa çempionu olub.

Sabah Birgül Soltanova (62 kq) final, Mərziyə Sadıqova (72 kq) isə bürünc medal görüşünə çıxacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol