• $
  • £

Azər İsmayıl bu qurumun prezidenti seçildi

Azər İsmayıl bu qurumun prezidenti seçildi
02.07.2022 15:54
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) adı Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə dəyişdirildi. ARB 24 televiziyasının əməkdaşı Azər İsmayıl qurumun yeni prezident seçilib. Bununla bağlı qurumun iclasında qərar verilib.  

Toplantıda 2 iyul Beynəlxalq İdman Jurnaslitləri günü münasibəti ilə qurumun üzvləri təbrik olunub və onlara fəaliyyətlərində uğurlar arzulanıb.

İclasın gündəliyinə 4 məsələ daxil edilib. Bunlar qurumun adının dəyişdirilməsi, yeni üzvlərin qəbulu, İdarə Heyətinə yeni üzvlərin qəbulu və AİJF prezidentinin seçilməsidir.

Səsvermə nəticəsində qərara alınıb ki, bundan sonra qurum Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi adlandırılsın və müvafiq sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin. Bundan əlavə, İdarə Heyəti üzvlərinin sayı 11-ə yüksəldilib.

Səsvermə ilə Şəmsəddin Abbasov (CBC Sport), Azər İsmayıl (ARB24 TV), Kənan Hakimov (İTV), Vüqar Nəzərov (İdman TV), Elmir Əliyev (Haqqın.az), Ayan Nəcəf (ARDNF-nin Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri) və Ülkər Abbasova (Azərbaycan Cüdo Federasiyasının mətbuat katibi) qurumun İdarə Heyətinin yeni üzvləri seçiliblər.

Firuz Abdulla təşkilatın vitse-prezidenti, Elşən Məmmədov (Report.az), Sənan Şəfizadə (ATV) və Vüqar Zeynalov (Azerisport.com) isə İdarə Heyətinin üzvü kimi fəaliyyətlərini davam etdirəcəklər. Qurumun iki illik fəaliyyəti kifayət qədər qənaətbəxş hesab edilib.

Təşkilatın sabiq prezidenti Qabil Mehtiyev üzvlərlə görüşərək onlara gələcək fəaliyyətində uğurlar arzulayıb. Ardınca İdarə Heyətinin qapalı iclası keçirilib. Təşkilatın İdarə Heyətinin yekdil qərarı ilə ARB 24 televiziyasının əməkdaşı Azər İsmayıl qurumun yeni prezidenti seçilib.

Azərbaycan İdman Jurnalistləri Federasiyası İdarə Heyətinin daha əvvəl keçirilən iclasında qurumun prezidenti Qabil Mehdiyevin, vitse-prezident Mahir Rüstəmlinin, İdarə Heyətinin üzvləri Cəmaləddin Rəhmanov, Fərid Mansurov və Ellada Mustafayevanın istefaları səsvermə ilə qəbul edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol