• $
  • £

Ermənilərin çıxmaq istəmədiyi Zabux kəndi – VİDEO

Ermənilərin çıxmaq istəmədiyi Zabux kəndi – VİDEO
03.07.2022 15:18
2020-ci il 10 noyabr bəyanatına uyğun olaraq, Laçın şəhərindən yan keçən yeni yolun çəkilməsi ilə ermənilər Laçın şəhəri ilə bərabər, Zabus kəndini də tərk etməlidirlər və bu ərazilər Azərbaycan Ordusunun nəzarətinə keçməlidir.

Laçın yolunun tamamlanmasına az qaldığı üçün ermənilər cidd-cəhdlə ən azı Zabux kəndini boşaltmaq istəmirlər və yaxud bununla bağlı kampaniya aparırlar.

Erməni mediası isə "kənddə yaşayan ermənilərin” etirazlarını tirajlamaqla və onların etirazlarını yaymaqla məşğuldur. Bununla ermənilər 10 noyabr 2020-ci il bəyanatını ayaqlar altına atmaqla yanaşı, sanki 44 günlük müharibə zamanı qaçdıqlarını unutdurmağa çalışırlar. Ənənəvi erməni hiyləsi işə düşüb.

Məsələ isə budur ki, ermənilər Laçına və Laçın yolu ətrafındakı kəndlərə yalnız işğal dövründə məskunlaşıblar. Burada məskunlaşan ermənilərin əksəriyyəti isə ümumiyyətlə Ermənistanda və Qarabağın müəyyən hissələrində yaşayan ermənilər deyil.

Bu ermənilərin əksəriyyəti Livandan, Suriyadan və digər ərazilərdən gətiriliblər və qanunsuz olaraq Azərbaycanın o zaman işğal edilmiş ərazilərinə yerləşdiriliblər.

Zabux kəndindən erməni mediasının yaydığı bu materialda da hər şey aydın görünür: bu evlər kənd camaatının illərlə özünün tikib-qurduğu evlər deyil, layihə əsasında, dövlət tərəfindən tikilib və xaricdən gətirilən ermənilər məskunlaşdırılıb. Zabuxun icma rəhbəri Andranik Çavuşyan da Livan ermənisidir və bunu heç gizlətmir də.

Ənənəvi olaraq Azərbaycan ərazilərinə köçürülən kimi "dədə-baba torpağımız” deyən ermənilər bu dəfə öz yalanlarını tikdikləri evlərlə ifşa edirlər.

Ermənilər fəxrlə guya müharibədən sonra məktəbin, tibb mərkəzinin, kənd administrasiyasının damını və futbol meydanını təmir etdiklərini bildirirlər. Halbuki bu kənddə dağıntı olmayıb, "təmir” adına da heç nə yoxdur, hər şey rəsmi qurumların ayırdığı vəsaitlə tikilib və kəndə köçürülənlərin istifadəsinə verilib. Əks halda evlərin bütün layihələri eyni olmazdı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol