• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Azərbaycanda bu nazirlər idman yarışlarına özləri də qoşulub

Azərbaycanda bu nazirlər idman yarışlarına özləri də qoşulub
04.07.2022 10:23
Bakıda keçirilən "IronWind 70.3” yarışının qalibləri müəyyənləşib


İyulun 3-də Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində "IronWind 70.3” turniri təşkil olunub.


Musavat.com xəbər verir ki, yarış "Triterra Baku” triatlon klubunun təşkilatçılığı, Azərbaycan Triatlon Federasiyası və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilib.


Doxsan iştirakçının mübarizə apardığı yarış 3 mərhələdən ibarət olub. İdmançılar əvvəlcə 1,9 kilometr məsafəyə üzüblər. Sonra idmançılar 90 kilometr məsafəyə velosiped sürüblər, sonda isə 21,1 kilometr qaçıblar. Turnir həm fərdi, həm də estafet formatında keçib.


Ukraynalı idmançı Daniil Sapunov birinci, "Triterra” klubunun baş məşqçisi Aleksandr Mordasov ikinci, qazaxıstanlı Aleksey Sidorenko isə üçüncü olublar.


Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, qazaxıstanlı idmançılar Dina Şaimerdenova, Aynur Kumarova və Azərbaycanın ilk və yeganə "İron Womanı” idmançısı Rəbiyyə Orucova tutublar.


Müxtəlif nominasiyalar və yaş kateqoriyaları üzrə qaliblər də müəyyən edilib.


Maraqlıdır ki, idman tariximizdə ilk dəfə olaraq, bu gün 3 nazir yarışda qüvvəsini sınayıb. Müdafiə sənayesi naziri Mədət Quliyev, yüksək texnologiyalar və nəqliyyat naziri Rəşad Nəbiyev, gənclər və idman naziri Fərid Qayıbov turnirdə iştirak ediblər.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 23:57
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol