Özbəkistanda fövqəladə vəziyyət elan edildi
Özbəkistanda edilməsi nəzərdə tutulan konstitusiya dəyişiklikləri ilə bağlı Qaraqalpaqıstan Respublikasında keçirilən etirazlardan sonra bölgədə fövqəladə vəziyyət elan edilib.
İyunun 26-da ictimai müzakirəyə çıxarılan konstitusiya dəyişiklikləri ilə bağlı qanun layihəsi Qaraqalpaqıstanda etirazlara səbəb olub, paytaxt Nukusda yüzlərlə insan bir araya gələrək layihəyə reaksiya verib. Özbəkistan prezidenti Şavkat Mirziyoyev konstitusiyaya edilməsi planlaşdırılan dəyişikliklərdən geri çəkildiyini Qaraqalpaqıstan vilayətinin muxtar orqanlarına çatdırıb.
Mirziyoyev vətəndaşların təhlükəsizliyini təmin etmək, hüquq və azadlıqlarını qorumaq və bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə Qaraqalpaqıstanda bu gündən avqustun 2-dək davam edəcək fövqəladə vəziyyət elan olunduğunu açıqlayıb.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər