• $
  • €
  • ₽
  • ₺
  • £

Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma

Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
07.01.2025 17:11
Limerik Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, müvəffəqiyyətlə arıqlamaq üçün pəhrizinizdəki kalori miqdarını kəskin şəkildə azaltmaq heç də lazım deyil. Gündə 100-dən 200 kaloriyə qədər enerji qəbulunu tədricən azaltmaq, bədəni gərginləşdirmədən davamlı nəticələrə gətirib çıxara bilər. Bu barədə The Conversation portalı məlumat yayıb.

Nə qədər kalori istehlak edəcəyinizi müəyyən etmək üçün, bazal metabolizm sürətinizin və fiziki fəaliyyətinizin birləşməsi olan ümumi enerji xərclərinizi nəzərə almaq vacibdir.
 
Lakin, kalori qəbulu azaldıqda, bədən uyğunlaşmağa başlayır, maddələr mübadiləsini yavaşlatır və arıqlamağı çətinləşdirə biləcək hormonal mexanizmləri işə salır. Məsələn, toxluğu tənzimləyən leptinin səviyyəsi azala bilər, iştahı stimullaşdıran qrelinin səviyyəsi isə yüksəlir.

Bu çətinliklərə baxmayaraq, düzgün tərtib edilmiş pəhriz tarazlığı qorumağa və çəki itirmə prosesini davam etdirməyə kömək edə bilər.
 
Alimlər bunun üçün əzələ kütləsini saxlamaq, zülal və liflə zəngin qidalar yemək, kaloriləri orta səviyyədə məhdudlaşdırmaq vacib olduğunu vurğulayırlar.

Tədqiqatçıların fikrincə, tədricən dəyişikliklər nəinki daha təsirli olur, həm də dözmək daha asandır, bu, xüsusilə uzunmüddətli çəki saxlamaq üçün vacibdir. Bədən çəkisinin hətta kiçik 5-10% azalması metabolik sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdıra və xroniki xəstəliklərin riskini azalda bilər.
 
Aytac 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol