• $
  • £

Gürcüstanda kütləvi mitinq keçirilib

Gürcüstanda  kütləvi mitinq keçirilib
04.07.2022 17:41
Gürcüstanda Avropa İttifaqına üzvlüyə namizədliyini rəsmi şəkildə təmin edə bilmədiyi üçün hökumətin istefaya getməsini tələb edən şəxslər kütləvi mitinq keçirib. Bu barədə Gürcüstan KİV məlumat yayıb.

35 mindən çox nümayişçi Gürcüstan parlamentinin qarşısına toplaşaraq, paytaxtı Tbilisinin əsas magistral yolunda nəqliyyatın hərəkətinə mane olub.
 "Biz Avropayıq” yazılmış plakatlar tutan etirazçılar dövlət himni səsləndirib.

Mitinqin təşkilatçılarından biri, görkəmli yazıçı və ictimai fəal Laşa Buqadze izdiham qarşısında "Bizim nümayişimiz Gürcüstanın Avropaya inteqrasiyası kimi tarixi məqsədinə həsr edilib” deyib.

Mitinq təşkilatçıları Facebook-da daha əvvəl ölkənin hakim partiyasının qurucusu Bidznia İvanişvilini "icraedici hakimiyyətdən imtina etməyə və onu konstitusiyaya uyğun olaraq milli birlik hökumətinə təhvil verməyə” çağırıb.
Bəyanatda bildirilib ki, yeni kabinet "Avropa İttifaqının tələb etdiyi islahatları həyata keçirəcək və bu, bizə avtomatik olaraq ittifaqa üzvlüyə namizəd statusunu qazandıracaq.

Cari ilin iyunun 20-də azı 120 min insan eyni tələb ilə aksiya keçirmişdi. Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib ki, onun hökuməti namizəd statusunu mümkün qədər tez əldə etmək məqsədilə Avropa İttifaqının tələblərini vaxtında yerinə yetirmək üçün səfərbər olunub.
 
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol