• $
  • £

Üçtərəfli İşçi Qrupu irəliləyiş əldə edib - AÇIQLAMA

Üçtərəfli İşçi Qrupu irəliləyiş əldə edib - AÇIQLAMA
06.07.2022 15:13
Üçtərəfli İşçi Qrupun iclasında, eləcə də Peterbuq İqtisadi Forumu çərçivəsində həmsədrlərin təmasları zamanı nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.

"Məlumdur ki, Üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycan, Ermənistan və onların qonşularının maraqlarına cavab verən avtomobil və dəmir yolu nəqliyyatı əlaqəsinin açılması müzakirə olunur. Konkret razılıq əldə olunacağı təqdirdə Üçtərəfli İşçi Qrupun həmsədrləri özləri ayrıca məlumat verəcəklər”, - o əlavə edib. 

2020-ci ildə İkinci Qarabağ Müharibəsində  10 noyabr bəyanatından təxminən iki ay sonra Moskvada Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşü keçirildi və kommunikasiyaların açılması ilə bağlı qərar qəbul olundu, baş nazirlərin müavinləri səviyyəsində İşçi Qrup yaradıldı.

İşçi qrupun ilk iclası ötən ilin yanvarında, sonuncusu isə ötən dekabrda Moskvada keçirilib. Qrupa baş nazir müavinləri - Azərbaycandan Şahin Mustafayev, Rusiyadan Aleksey Overçuk, Ermənistandan Mqer Qriqoryan sədrlik edirlər.

İyunun 1-də Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin telefon söhbətində işçi qrupun fəaliyyətini gücləndirməklə bağlı razılığa gəlinib.
 
Ləman Qasımova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol