Britaniyada 6 nazir istefa verib
Böyük Britaniya hökumətində iki gündə altı nazir və bir nazir müavini istefa verib. Bu barədə məlumatı "TRT Haber” yayıb.
İyulun 5-də maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa verib.
İyulun 6-da isə xəzinə naziri Con Glen, daxili işlər naziri Viktoriya Atkins, orta məktəblər üzrə məsul nazir Robin Volker, uşaq və ailə məsələləri üzrə nazir Vill Kuinse, nəqliyyat nazirinin müavini Laura Trott da tutduqları vəzifədən istefa verdiklərini bildiriblər.
Nazirlər Boris Consonla işləməkdən imtina edərək istefa verib. Onlardan Səhiyyə naziri Sacid Cavid açıqlamasında hökumət başçısına etimadı itirdiyini bildirib. Digəri, Maliyyə naziri Rişi Sunak da deyib ki, Britaniya cəmiyyəti hökumətdən "düzgün, bacarıqlı və ciddi iş" gözləyir və onun baş nazirlə baxışları çox fərqlidir.
Böyük Britaniyada istefa vermiş səhiyyə və maliyyə nazirlərinin yerinə təyinat da olub.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox