• $
  • £

Baş prokuror müşavirə keçirdi

Baş prokuror müşavirə keçirdi
06.07.2022 16:25
İyulun 6-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin iştirakı ilə cinayət təqibi zamanı prosessual məcburiyyət tədbirlərinin tətbiqi, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılması, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və cəzaların məqsədinə nail olunmasında prokurorluq orqanlarının qarşısında duran aktual vəzifələrə dair əməliyyat müşavirəsi keçilib.

Baş Prokurorluqdan  verilən məlumata görə, Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarının əsas məqsədinin cəza siyasətinin humanistləşdirilməsinə yönəldiyini bildirməklə son dövrlər həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. Bu baxımdan ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının müvəqqəti məhdudlaşdırmasında qanunların düzgün icrasının prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlama müddətinin uzadılması zamanı maddi və prosessual hüquqi əsasların mövcudluğunun yoxlanılmasının təmin edilməsinin, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsinin, habelə məhkəmələr tərəfindən cəza təyini zamanı dövlət ittihamçılarının cinayət işinin hallarından irəli gələn təkliflərinin verilməsində təşəbbüskarlığın artırılmasının zərurililiyi vurğulanıb. 

Müşavirədə məruzəçi qismində çıxış edən Baş prokurorunun böyük köməkçisi Mahir Abbasov, Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi Orxan İsayev və Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev  prosessual məcburiyyət tədbirlərinin tətbiqində prokuror nəzarətinin səmərəliliyinin daha da artırılması, cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakı institutunun təkmilləşdirilməsinə dair təkliflərini bildiriblər.

Əməliyyat müşavirəsində məruzələr ətrafında fikir mübadiləsi aparılmış, Baş prokurorun göstərişinə əsasən zəruri tədbirlərin görülməsi məqsədilə işçi qrupların yaradılmaqla qısa müddət ərzində konkret təkliflərin təqdim olunması qərara alınıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Siyasət 22:56
Azərbaycan nümayəndə heyəti Kot-d’İvuara səfər edib
Orban İlham Əliyevə zəng edib
Siyasət 21:38
Orban İlham Əliyevə zəng edib
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Siyasət 19:50
Efiopiyanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Siyasət 17:30
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Siyasət 17:03
5 ölkədən 1000 Azərbaycan vətəndaşı təxliyə üçün müraciət edib - XİN
Prezident albaniyalı həmkarı ilə danışdı
Siyasət 16:59
Prezident albaniyalı həmkarı ilə danışdı
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
Siyasət 16:31
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Siyasət 09:39
İlham Əliyev Slovakiya Prezidentinə Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Siyasət 08:58
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol