Müdafiə naziri Xocavənddə komandoların təlimini izlədi - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.
2022-ci ilin döyüş hazırlığı planına əsasən, çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib.
Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada möhkəmlənmə fəaliyyətlərini icra ediblər.
Əldə olunan kəşfiyyat məlumatına əsasən aşkar edilmiş şərti düşmən mövqeləri pusqu və basqın yolu ilə darmadağın edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox