• $
  • £

İcra başçısı qazinin yasına getdi, sualları cavabladı

İcra başçısı qazinin yasına getdi, sualları cavabladı
12.07.2022 15:22
Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib.

Elvin Cəfərovun yas mərasiminə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbəri Siraqəddin Cabbarov da qatılıb.

O, yas məclisində olan juranlistlərin məlum faciə ilə bağlı suallarını cavablandırıb: "Rəsmi qaydada hər həftənin dördüncü günü mənim qəbul günümdür. Qəbul saatları 5-7 saat çəkir. Əvvəlki dövrlərdə Elvinlə də dəfələrlə görüşmüşəm. Qəbul olmayan günləri də nə vaxt gəlib, onu qəbul etmişəm. Son hallardan isə ümumiyyətlə xəbərim olmayıb. İstər icra nümayəndəsi, istər bələdiyyə, istərsə İcra Hakimiyyəti tərəfindən nə tələbi olubsa, imkan daxilində həyata keçirilib. Daima qayğıda olan qazilərdən, Vətən müharibəsi iştirkaçılarından biri olub”.

İcra başçısının sözlərinə görə, Elvin Cəfərov müharibədən gəldiyi ilk gündən onunla maraqlanıb: "Sonrakı mərhələlərdə də nə tələb edib, həyata keçirilib. DOST MMC tərəfindən ictimai işlərə cəlb olunub. Mənzil növbəsi ilə bağlı sənədləri təqdim edib. Yəqin ki, bu məsələnin üzərində işləniləcək. İstər Qalaqayın bələdiyyəsi, istər Qalaqayın kəndi nümayəndəliyi, istərsə də Sabirabad Rayon İcra Hakimiyəti tərəfindən elə bir hal olmayıb ki, Elvinin qaldırdığı məsələ həlsiz qalsın”.

Siraqəddin Cabbarov eyni zamanda qeyd edib ki, qazi özünü rayon İcra Hakimiyyətinin qarşısında yandırmayıb: "Birincisi, Elvin özünü İcra Hakimiyyətinin qarşısında deyil, Mədəniyyət Sarayının qarşısında yandırıb. İkincisi isə hüquq-mühazifə orqanlarının səlahiyyətində olan məsələni burada araşdırmayaq. Hüquq- mühafizə orqanları bu məsələni araşdırır. Hər şey araşdırılır. Düşünürəm ki, ailənin özü də araşdırmanın nəticələrindən narazı qalmayacaq”.

O vurğulayıb ki, Elvin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alıb və qeydiyyatda olub.

Özünü yandırmamışdan əvvəl çəkilən videosunda qazi icra başçısı ilə görüşə bilmədiyindən şikayət edirdi: "Başçının qəbuluna çıxmaq olmur, niyə?! Axı səbəb nədir? İmamdır, peyğəmbərdir?!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol