• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub? - Rəsmi

Ağcəbədidə su quyusundan qızıl tapıldığına görə polis postları qurulub? - Rəsmi
13.07.2022 10:55
Ağcabədinin Hacılar kəndində su quyusu qazılarkən qızıl aşkar edilməsi barədə məlumatlar yayılıb.

Kənd sakinlərinin su quyusu qazarkən qızıl parçaları tapdığı iddia olunub. Bildirilib ki, kəndin giriş-çıxışına polis postları qurulub. Köhnə çay yatağında böyük miqdarda qızılın olduğu qeyd edilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti ilə əlaqə saxladıq. Xidmətin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, yayılmış məlumat həqiqəti əks etdirmir.
 
Həmçinin kənd ərazisində polis əməkdaşları tərəfindən nəzarət postları qurulmayıb.

Ağcabədi rayon icra başçısının Hacılar kəndi üzrə nümayəndəsi Ramil Əliyev isə bu hadisənin 3-4 il əvvəl baş verdiyini bildirib.
 
"Bu məlumat yenidən gündəmə gətirilib. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri əraziyə baş çəkib. Lakin tapıntının miqdarının az olmasına görə bu ərazidə hər hansı işlər aparılmayıb. Hazırda o məhəllə boşdur. Orada yaşayan da yoxdur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Cəmiyyət 16:05
Daha iki ünvanda avtobus zolağında minib-düşmə yeri yaradılıb
Ağdərədə yanğın olub
Cəmiyyət 15:52
Ağdərədə yanğın olub
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Cəmiyyət 15:34
Prezident və birinci xanım “Hacıkənd” istirahət kompleksinin tikintisi ilə tanış olublar
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Cəmiyyət 15:10
Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Cəmiyyət 14:55
Şair Məmməd İsmayıl Tovuzda dəfn olunub
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Cəmiyyət 14:34
Azərbaycanda bir vəkilin fəaliyyətinə xitam verilib, altısına xəbərdarlıq edilib
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Cəmiyyət 14:14
Prezident İlham Əliyev və birinci xanım Gəncəyə gedib
Birbank Biznes-də dostluq qazandırır
Cəmiyyət 12:55
Birbank Biznes-də dostluq qazandırır
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Cəmiyyət 12:39
Ötən il pnevmoniyadan ölən şəxslərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol