• $
  • £

Çinin Uhan şəhərində ehtimal edilən vəbaya yoluxma hadisəsi aşkarlanıb

Çinin Uhan şəhərində ehtimal edilən vəbaya yoluxma hadisəsi aşkarlanıb
13.07.2022 15:06
Çin rəsmiləri Uhanda vəba xəstəliyinin baş verdiyini təsdiqləyib. Bu barədə Çinin rəsmi Sinhua xəbər agentliyi məlumatı yayıb.
 
Dövlət mediası bunun hələ də COVID epidemiyası ilə mübarizənin davam etdiyi vaxt ictimai narahatlığa səbəb olduğunu bildirib.
 
Uçan Uhan şəhərinin bir milyondan çox sakini olan bir rayondur. Xəstəliyə yoluxma halı Uhan Universitetində qeydə alınıb.

Çərşənbə axşamı yerli vaxtla səhər saatlarından etibarən bu xəbəri artıq Sinhua agentliyinin ön səhifəsində və vebsaytın yerli xəbərlər bölməsində tapmaq mümkün olmayıb.

Uhan Universiteti bazar ertəsi mədə xəstəliyi olan bir aspirantın iyulun 8-də qızdırma, qusma və ishal keçirdikdən sonra universitetin xəstəxanasına yerləşdirildiyini bildirib. Universitetdən verilən məlumata görə, bundan sonra tələbə iki dəfə daha yüksək səviyyəli xəstəxanalara köçürülüb və hazırda karantindədir.

Universitetin məlumatına əsasən, tələbənin qaldığı yataqxana, eləcə də tələbənin işlədiyi laboratoriya iyulun 9-dan etibarən bağlanıb. Onunla yaxın kontaktda olan üç nəfər - iki otaq yoldaşı və xəstəxanaya yerləşdirilməzdən əvvəl həmin tələbə ilə nahar edən üçüncü şəxs karantinə alınıb.

İyulun 9-u axşamdan ertəsi gün səhərə qədər eyni yataqxana binasında yaşayan 254 tələbə, həmçinin yataqxana binalarının müdirləri və 15 satıcı testdən keçirilib. Universitetdən bildirilib ki, potensial təsirə məruz qalan ərazilər müvəqqəti olaraq bağlanıb, müvafiq işçilər "qaydaya uyğun olaraq” karantinə alınıb və onlara profilaktik olaraq dərmanlar verilib.
 
Aytac Zeynalova








www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol