Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş başlayıb -Yenilənib
İstanbulda Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün BMT nümayəndələrinin iştirakı ilə Rusiya, Ukrayna və Türkiyənin hərbi nümayəndə heyətləri arasında keçirilən danışıqlar başa çatıb.
Bu barədə "Anadolu” məlumat yayıb
-----
Bu gün Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başlayıb. Bu barədə "Habertürk" xəbər verir ki, artıq nümayəndələr İstanbul şəhərindədir.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar iyulun 12-də bildirib ki, nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox