İnsanlar yenidən maska taxmalıdır - ÜST-dən ÇAĞIRIŞ
İnsanlar yenidən maskalar taxmalı, hökumətlər isə COVID-19 üzrə kütləvi testlərin edilməsi prosesinə geri qayıtmalıdır. Bu barədə "Sky News" televiziya kanalına müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru Tedros Adhanom Qebreyesus deyib.
www.anews.az
Pandemiyanın yaxın müddətdə bilməyəcəyini vurğulayan ÜST rəsmisi test və müalicə üçün protokollar da daxil olmaqla sınanmış tədbirləri yenidən həyata keçirməyə çağırıb.
"Yeni infeksiya epidemiyası onsuz da məşğul olan səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Koronavirusun "omikron" ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, ölkələr pandemiya ilə mübarizə üçün maska rejiminə qayıtmalıdırlar", - o qeyd edib.
O əlavə edib ki, son günlərdə koronavirusa yoluxma və virusdan ölüm halları artıb.
Belə ki, son bir həftə ərzində dünyada 5,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 10 minə yaxın insan isə koronavirusdan ölüb.ÜST-ün bülletininə görə, iyulun 4-dən 10-dək koronavirusa 5 776 242 nəfər yoluxub, 9 872 nəfər isə koronavirusdan ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 6% artıb, ölüm hallarının sayı isə 2% azalıb.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox