Latviya-Rusiya sərhədində 1,2 mindən çox yük avtomobili yığılıb
Latviya-Rusiya sərhədində 1 250 yük avtomobili Rusiyaya girişi gözləyir.
Bu barədə "BNS” agentliyi Latviyanın Dövlət Gəlirləri Xidmətinin məlumatlarına istinadən xəbər verir.
Qeyd olunur ki, bazar günü səhər saatlarında təxminən 850 yük maşını Latviya-Rusiya sərhədindəki Terexovo sərhəd-keçid məntəqəsində növbəyə dayanıb.
Təxminən 400 yük maşını Rusiyaya daxil olmaq üçün Qrebnevo sərhəd keçidində gözləyir. Bu sərhəd-keçid məntəqələrində gözləmə müddəti altı gündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox