• $
  • £

Azərbaycan cüdo yığması Qran Pridə 3 medalla 3-cü yeri tutub

Azərbaycan cüdo yığması Qran Pridə 3 medalla 3-cü yeri tutub
17.07.2022 23:30
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran Pridə Azərbaycan milli komandası 3 medal qazanıb.

Yarışın sonuncu günündə Uşangi Kokauri (+100 kq) fəxri kürsüyə qalxıb.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Kokauri əvvəlcə sloveniyalı Vito Dragiçi, daha sonra ABŞ təmsilçisi Kristian Konovalı üstələyib.

1/4 final mərhələsində o, monqolustanlı Tsetsentsengel Odxuuya uduzsa da, təsəlliverici görüşdə braziliyalı Rafael Silvanı yenməyi bacarıb. Bürünc medal görüşündə isə Gürcüstan cüdoçusu Gela Zaalişvili ilə qarşılaşma baş tutmayıb. Buna Zaalişvilinin cəza üzündən görüşə buraxılmaması səbəb olub.

Beləliklə, Azərbaycan yığması Qran Prini bir dəst medalla başa vurub. İlk iki yarış günündə Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) gümüş medal qazanmışdı.

Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 69 ölkə arasında 7-ci, kişilərin yarışında isə Niderland (2 qızıl, 2 bürünc) və Gürcüstandan (1 qızıl, 1 gümüş, 2 bürünc) sonra 3-cü yeri tutub.

Qeyd edək ki, bu gün tatami üzərinə çıxan azərbaycanlı digər cüdoçular Məmmədəli Mehdiyev (90 kq) 1/16 finalda serbiyalı Nemanya Maydova, Elmar Qasımov (100 kq) isə İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə uduzaraq, mübarizəni erkən dayandırıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol