• $
  • £

Rusiyadan 48 nəfər və 8 şirkət Aİ-nin yeni sanksiyalarına məruz qala bilər

Rusiyadan 48 nəfər və 8 şirkət Aİ-nin yeni sanksiyalarına məruz qala bilər
19.07.2022 14:10
Aİ-nin yeni sanksiyalar siyahısına 47 fiziki və səkkiz hüquqi şəxs, o cümlədən Rusiyaya keçmiş ukraynalı siyasətçilər, bir sıra sahibkarlar və hərbçilər daxil ola bilər, bu barədə Reuters sənəd layihəsinə istinadən xəbər verir.

Mənbə yazır ki, xüsusilə Ural Mədən-Metallurgiya Şirkəti və onun baş direktoru Andrey Kozitsyn Aİ-nin qara siyahısına düşə bilər.

Bundan əlavə, "Gecə qurdları” motoklubunun bir neçə lideri və onların lideri Aleksandr Zaldostanov, həmçinin klubun daha üç üzvü də sanksiyalara məruz qala bilər.  KİV-in məlumatına görə, onlar "Rusiya dövlət təbliğatına fəal dəstək”, "Ukraynanın dövlətçilik hüququnun inkarı” və "denazifikasiya” çağırışlarına görə siyahıya salınıblar.

 Moskva meri Sergey Sobyanin, aktyorlar Sergey Bezrukov və Vladimir Maşkov, həmçinin Rostec dövlət korporasiyasının rəhbəri Sergey Çemezov da sanksiyalar siyahısında ola bilər. Məhdudiyyətlər bəzi "rus oliqarxlarının əvvəllər sanksiyalara məruz qalmış qohumlarına” da şamil oluna bilər. Sanksiyalar paketi həmçinin bəzi gəmiçilik və silah firmalarının, "Yunarmiya” hərəkatının və "Russkiy Mir” Fondunun fəaliyyətini qadağan edəcək.

İqtisadi tədbirlərdə Aİ "Rusiyanın enerji resurslarından sonra ən əhəmiyyətli ixracatını təşkil edən qızılın birbaşa və ya dolayı yolla idxalını, alınmasını və ya transferini qadağan etməyə” hazırlaşır.

KİV-in məlumatına görə, Aİ ərzaq tədarük edən Rusiya şirkətlərini məhdudiyyətlərdən kənarlaşdırmaq üçün əvvəlki sanksiyaları dəqiqləşdirməyi planlaşdırır.

Bundan əvvəl Avropa İttifaqı Şurası Rusiya Federasiyasına qarşı altıncı sanksiyalar paketini təsdiqləyib. Sənədə əsasən, Aİ ölkələri altı ay ərzində Rusiya neftinin, səkkiz ay ərzində isə Rusiya Federasiyasının neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır. İstisna boru kəməri neftinə aiddir.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Dünya 23:30
ABŞ İran əleyhinə sanksiyaları genişləndirib
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Dünya 23:13
Böyük Britaniya kralı ABŞ-yə səfər edəcək
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
Dünya 22:35
Pentaqon yaxınlığında iki avtobus toqquşub, azı 23 nəfər xəsarət alıb
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Dünya 22:30
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
Dünya 21:20
Tramp İranla danışıqlar üçün Uitkoff və Kuşneri İslamabada göndərir
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
Dünya 19:46
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol