Səlim Müslümovun istintaqı başa çatıb, cinayət işi məhkəməyə göndərilib
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə istintaq başa çatıb.
Cinayət işi hakim Faiq Qəniyevin icraatına verilib. İş üzrə zərərçəkən Maliyyə Nazirliyi tanınıb.
Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.
Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox