Baş prokrorluq narkotiklə bağlı qanunsuz satışların statistikasını açıqladı

2022-ci ilin birinci yarımilində Azərbaycanda narkotik vasitələrinin qanunsuz dövrüyyəsi ilə bağlı 2639 fakt aşkarlanıb ki, onlardan da 933 fakt satışla bağlı olub, bu barədə Baş prokrorluğun yaydığı hesabatda bildirilib.
Hesabata görə həmin dövr ərzində quldurluqla bağlı 30 hadisə qeydə alınıb və onların da 97,1 %-nin açılması təmin edilib.
Ümumilikdə şəhərin prokurorluq orqanlarının icraatında olan 381 işdən 171-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 9236 cinayət işindən 3498-nin istintaqı tamamlanıb Onlardan polis orqanları tərəfindən 2897, prokurorluq orqanları tərəfindən 97 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Bakı şəhəri üzrə prokurorluq və daxili işlər orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə fiziki və hüquqi şəxslərə vurulmuş 19.855.211 manat məbləğdə maddi ziyandan 64,6 %, yəni 12.820.852 manat hissəsinin ödənilməsi təmin edilib.
Bakı şəhər prokurorluq orqanlarınabu dövr ərzində 8853 müraciət daxil olmuş, onlardan 3450-i baxılıb, 948-i təmin edilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər