Əfqanıstanda zəlzələ baş verib, azı 31 nəfər yaralanıb
Əfqanıstanın şərqindəki ucqar bölgədə baş verən zəlzələ nəticəsində azı 31 nəfər xəsarət alıb. Bu barədə Taliban rəsmisi paylaşım edib.
Zəlzələ keçən ay yüzlərlə insanın ölümünə və geniş dağıntılara səbəb olan zəlzələnin baş verdiyi eyni bölgədə olub. Bundan əvvəlki məlumatlarda 10 nəfərin yaralandığı bildirilirdi.
ABŞ-ın Geoloji Xidməti bazar ertəsi baş verən zəlzələnin 5,1 bal gücündə olduğunu bildirib.
Talibanın Baxtar xəbər agentliyinin direktoru Əbdül Vahid Rayan zəlzələnin ölkənin şərqindəki Paktika vilayətinin iki rayonunda baş verdiyini bildirib.
O, onlarla yaşayış evinin dağıldığını və bazar ertəsi axşamdan etibarən bir neçə yeraltı təkanın olduğunu əlavə edib.
Keçən ay daha güclü zəlzələ ölkədə baş qaldıran daha bir böhrana səbəb olaraq, Talibanın məhdud imkanlarını və təcridini bir daha vurğuladı. BMT rəsmiləri bundan əvvəlki zəlzələ zamanı 770 nəfərin, Taliban isə 1150 nəfərin öldüyünü bildirmişdi.
Milyonlarla əfqanın həyatını xilas edən yardım qrupları iyun ayında baş verrmiş zəlzələnin qurbanlarına da yardım göstərsə də, əksər ölkələr Talibanın beynəlxalq yardım çağırışlarına soyuqqanlılıqla cavab verdi.
Əfqanıstan üçün beynəlxalq maliyyənin kəsilməsi ölkənin iqtisadi çöküşü və humanitar böhranı daha da ağırlaşdırıb.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox