Dünyada COVID-19-a yoluxanların sayı 569 milyonu ötüb
Bu günə olan məlumata görə, dünyada qeydə alınan koronavirusa yoluxma hallarının sayı 569 023 786-ya çatıb, bu barədə ABŞ-ın Cons Hopkins Universitetinin yaydığı məlumatda bildirilir.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 382 420 nəfər COVID-19 infeksiyasının təsirindən dünyasını dəyişib.
20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya var.
"Worldometer” portalının məlumatına görə, şənbə günü səhər saatlarına planetdə hər 1 mln. nəfərə düşən ölüm nisbəti 821,3 təşkil edir. Hindistanda hər 1 mln. əhaliyə 373, Braziliyada – 3 138, Fransada - 2 308, Almaniyada – 1 698, Böyük Britaniyada (cümə axşamı səhərinə olan məlumat) - 2 663 nəfər ölüb. ABŞ-a aid məlumatlar təqdim edilmir.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox