AZAL avqustdan Hindistana uçacaq

"Azərbaycan Hava Yolları” aviaşirkəti avqustun 9-dan Heydər Əliyev Beynəlxalq Aeroportundan Hindistanın Yeni Dehli şəhəri marşrutu üzrə bilet satışına başlayıb.Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat verir.
Cədvələ əsasən, uçuşların tezliyi həftədə iki dəfə təşkil edəcək. Bakıdan uçuşlar çərşənbə axşamı və cümə günləri, Yeni Dehli şəhərindən isə çərşənbə və şənbə günləri yerinə yetiriləcək.
AZAL Bakı-Yeni Dehli-Bakı marşrutu üzrə uçuş proqramını "Zeal Global Group” şirkəti ilə birgə həyata keçirir. Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalar daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 