• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

Mübariz Mənsimov Tofiq Musayevi təbrik edib

Mübariz Mənsimov Tofiq Musayevi təbrik edib
23.07.2022 17:18
44 günlük Vətən Müharibəsinin iştirakçısı və Ali Baş Komandan tərəfindən "Cəsur Döyüşçü” medalı ilə təltif olunan qaydasız döyüş üzrə dünya çempionu Tofiq Musayev bir daha Azərbaycan bayrağını dünyanın ən məhşur ringlərindən biri sayılan "Bellator”da uçaltdı. Bu idman yarışında onun iştirakı "Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə baş tutub.  Bu barədə Palmali şirkətinin press relizində məlumat verilir.

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə yarışmaya qatılan döyüşçümüz Azərbaycana qələbə ilə qayıdır.  "Palmali" Şirkətlər Qrupunun sahibi döyüşçünü öz rəsmi instaqram hesabından təbrik edib. 

"Dəfələrcə dünya və Avropa çempionu olmuş məşhur idmançımız Tofiq Musayev bizi yenə sevindirdi. 44 Günlük Vətən savaşımızın qəhrəmanlarından olan qardaşımız Amerikda dünyanın ən reytinqli rinqlərindən biri olan "Bellator”da rəqibini 27 saniyəyə məğlub etdi.

Vaşinqtonda rinqə çıxan idmançının rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub.

Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərib. Görüş cəmi 27 saniyə çəkib.

Sidney Outlaw  bu günə qədər  keçirdiyi 20 döyüşdən 16-sında qələbə qazanıb. 11 döyüşü isə vaxtından əvvəl qələbə ilə başa vurub. Outlaw hazırda dünyanın ən nüfüzlu turnirlərindən  biri olan "Bellator"da yüngül çəki üzrə  birinci  yerdədir. Sidney son 6 ildə sadəcə 1 məğlubiyyət alıb.

Bundan əlavə o Brazilian Jiu-Jitsu üzrə qara kəmər sahibidir.

Tofiq Musayevə gəlincə, o,  2019-cu ildə dünyanın 10 güclü idmançısı siyahısında yer alıb.

İdman Akademiyasının məzunu olan Musayev Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olub.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
İdman 00:15
“Qarabağ”ın futbolçusu “Ayntraxt”la oyunun ən yaxşısı seçilib
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
İdman 23:57
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol