Rusiya Ukraynanın itkilərini açıqladı
2022-çi il fevralın 24-dən indiyə kimi Ukrayna ordusuna məxsus 4 146 tank və zirehli texnika məhv edilib. Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
"Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumu davam edir. Ukrayna Silahlı Qüvvələrinin 406-cı Artilleriya Briqadasının Dnepr bölgəsindəki müvəqqəti mövqeləri yüksək dəqiqlikli silahlarla vurulub, 200-ə yaxın Ukrayna əsgəri öldürülüb, 9 artilleriya maşını və hərbi maşın məhv edilib", - Konaşenkov bildirib.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri bu günə qədər 260 təyyarə, 144 helikopter, 1600 pilotsuz uçuş aparatı, 357 hava hücumundan müdafiə raket sistemi, 4 146 tank və zirehli texnika, 763 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 185 haubitsa və minaatan, 4 453 şəxsi hərbi maşın itirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox