Dünyada koronavirusa yoluxanların sayı 574 milyon nəfəri ötüb
Dünyada koronavirusa yoluxanların sayı 574 316 254 nəfərə çatıb.
Bu barədə ayrı-ayrı ölkələrin koronavirusla mübarizə üzrə strukturlarının ümumi statistikası xəbər verir.
Məlumata görə, pandemiya ərzində dünyada 6 401 860 nəfər COVID-19-dan ölüb, eyni zamanda virusa yoluxmuş 544 001 220 insan sağalıb.
Koronavirusa ən çox yoluxma halları ABŞ-da (92 145 839), Hindistanda (43 868 476), Braziliyada (33 555 526), Fransada (33 482 230), Almaniyada (30 331 131) aşkarlanıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox