Yeni vəzifə alan Şahin Bağırov generalı vəzifəsindən azad etdi - FOTO

Dövlət Gömrük Xidmətinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi təqaüdə göndərilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov əmr imzalayıb. Əmrə əsasən, xidmətin rəisi, gömrük xidməti general-mayoru İsmayıl Ələkbərov təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.
Ələkbərov İsmayıl Ağaqulu oğlu 6 avqust 1946-cı ildə Bakı şəhərində anadan olub. O, 12 dekabr 1996-cı ildən Dövlət Gömrük Komitəsi Kadrlar İdarəsində bölmə rəisi, 31 iyul 1997-ci ildən Tədris Mərkəzinin rəisi, 13 sentyabr 2013-cü ildən Gömrük Akademiyasının rəisi vəzifələrində çalışıb. 31 oktyabr 2018-ci ildə isə Komitənin Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsinə təyin edilib.

www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 