• $
  • €
  • ₽
  • ₺
  • £

İran Türkiyəyə ballistik raket atıb

İran Türkiyəyə ballistik raket atıb
04.03.2026 15:49

İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib. bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Hatay vilayətinin Dördyol rayonunda yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və ya xəsarət qeydə alınmayıb", - məlumatda bildirilib.

Həmçinin, əlavə olunub ki, vətəndaşların təhlükəsizliyini təmin etmək istiqamətində Türkiyənin iradəsi və imkanları ən yüksək səviyyədədir:

"Türkiyə regional sabitlik və sülhün tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlik bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaqdır. Ölkəmizə qarşı yönəlmiş hər cür düşmən mövqeyə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq. Bütün tərəfləri münaqişələrin bölgədə daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol