Dünyada koronavirusla bağlı son STATİSTİKA
Dünyada 577 359 582 nəfərdə koronavirus aşkarlanıb.Bu barədə xarici KIV- in onlayn statistikasında qeyd olunub.
Virusdan 6 407 699 xəstə ölüb, 547 147 651 nəfər sağalıb.
Dünyada koronavirusdan ən çox ölüm də ABŞ-da (1 051 912) qeydə alınıb. Hindistan (43 938 764 nəfər), Braziliya (33 660 608 nəfər), Fransa (33 631 019 nəfər) və Almaniyadır (30 598 385 nəfər).
Azərbaycanla sərhəddə Rusiyada 18 545 009, Türkiyədə 15 524 071, İranda 7 348 963, Gürcüstanda 1 675 265, Ermənistanda isə 425 365 nəfərdə koronavirus aşkar edilib.
Azərbaycanda koronavirusa yoluxan 796 882 nəfərin 9 739-u ölüb, 785 166 xəstə müalicə olunaraq sağalıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox