Azərbaycan və Ermənistan arasında baş verən təxribatlar nəyə işarədir?
Son bir gündə erməni silahlı birləşmələri ümumilikdə Qarabağ ərazisində 9 təxribat xarakterli silahlı insident törədilib. Bu barədə Azərbaycan Resublikası Müdafiə Nazirliyi məlumat yayıb.
Həmin məlumata görə, təxribatlardan ikisi zamanı Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindəntörədilib. Onlar Azərbaycan ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutublar.
2020- ci ili noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb. Həmin sənədə görə, tərəflər Qarabağ ərazisində hərbi insidentlərə yol verməmək öhdəliyi götürüblər.
Azərbaycan və Ermənistan arasında baş verən təxribatlar nəyə işarədir?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri deputat Ziyafət Əsgərovun fikrincə, qanunsuz birləşmələrin törətdiyi təxribatlar əsasən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə baş verir.
"Ermənistan rəhbərliyi bunu dəfələrlə qeyd edib ki, Qarabağ Azərbaycandır. Belə çıxır ki, bu təxribatçı qüvvələr Paşinyana tabe olmurlar. Sülh müqaviləsinin bağlanmasına razı olmayan qisasçı qüvvələr qızışdırılaraq təxribat törədirlər. Amma bunların heç bir mənası yoxdur. Hər bir halda belə təxribatların sonu yoxdur. Biz müharibənin tərəfdarı deyilik, ancaq buna hazırıq'', - deputat bildirib.
"Ermənistan rəhbərliyi bunu dəfələrlə qeyd edib ki, Qarabağ Azərbaycandır. Belə çıxır ki, bu təxribatçı qüvvələr Paşinyana tabe olmurlar. Sülh müqaviləsinin bağlanmasına razı olmayan qisasçı qüvvələr qızışdırılaraq təxribat törədirlər. Amma bunların heç bir mənası yoxdur. Hər bir halda belə təxribatların sonu yoxdur. Biz müharibənin tərəfdarı deyilik, ancaq buna hazırıq'', - deputat bildirib.
Hərbi ekspert Üzeyir Cəfərov isə Ermənistanın heç vaxt sülhün tərəfdarı olmadığını vurğulayıb.
"Sülh tərəfdarı olan təxribat törətməz. Heç bir sülh müqaviləsi gözlənilmir. Ümumiyyətlə Ermənstan heç vaxt sülhə razı olmayacaq. Biz faktları yalnız səsləndirmə ilə məşğuluq. Ermənistan 2020-ci ildə imzalanan üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı) sənədin müddəalarına da hörmətlə yanaşmır. Ərazilərdə davam edən gərginliyin əsas səbəblərindən biri də budur. Ermənistanın özünə qalsaydı bu məsələ həllini tapmışdı. Ermənistana ağalıq edən Rusiya bu gərginliyin davam etməsində maraqlıdır. Sadəcə Ermənistanı buna təhrik edirlər. Ancaq bu uzun müddət davam etməyəcək. Məsələ uzandıqca daha xoşa gəlməz hadislər baş verəcək. Ermənistan qeyri-qanuni birləşmələrini torpaqlarımızdan çıxarmalıdır",- ekspert vurğulayıb.
Milli Məclisin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin deputatı Erkin Qədirlinin fikrincə, baş verənlər təxribat deyil, düşmənçilikdir.
"Təxribat düşmən olmayan tərəfdən birdən-birə baş verir. Düşmənçiliyin olmaması üçün Rusiya və Azəraycan arasında sülh olmalıdır. Ancaq buna hələ çox var. Sülh zarafat deyil. Onlar hələ bizim əraziləri, torpaqları tanımalıdırlar Bunu da deyim ki, sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq", - Erkin Qədirli bildirib.
Aytac Zeynalova
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox