41 mindən çox layihə maliyyələşdirilib - Mikayıl Cabbarovdan paylaşım

Sahibkarlığın İnkişafı Fondu bu günə kimi 41 mindən çox layihəni maliyyələşdirib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" səhifəsində yazıb.
Cabbarovun sözlərinə görə, layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 milyard manat vəsait ayrılıb.
"Şamaxıda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min manat güzəştli kredit əldə edib", - nazir bildirib.
2022-ci ilin 4 ayında ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 757 layihənin icrasına güzəştli kredit ayrılıb. Cari ilin əvvəlindən mayın 1-i tarixinədək təqdim edilən layihələrin maliyyələşdirilməsinə 29,8 milyon manat güzəştli kredit verilib. Kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına "AccessBank", "Bank Respublika", "Unibank", "Yelo Bank" və "Aqrarkredit" daxildir.
"Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na əsasən kreditin ayrılması üçün sahibkarlıq subyektləri rəsmi qaydada aidiyyəti sənədləri təqdim etməklə yalnız müvəkkil kredit təşkilatlarının baş ofisinə və ya filiallarına müraciət edə bilərlər. Kiçikhəcmli kreditlər: 5.000 manatdan 50.000 manatadək; ortahəcmli kreditlər: 50.001 manatdan 1.000.000 manatadək; böyükhəcmli kreditlər: 1.000.001 manatdan 10.000.000 manatadəkdir. Kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək; ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək; böyükhəcmli kreditlər üçün -10 (on) ilədək verilir.
Ləman Qasımova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 